Qaş düzəltdiyi yerdə göz çıxardı deyimi var. Ruslar buna “медвежья услуга” deyirlər. Bizim kənddə isə Sadıqlı həngi sözündən istifadə olunur. Sadıqlı tirəsində birinin alnına milçək qonur, qardaşı güllə ilə milçəyi vurur və kişi də ölür. Hindlərdə təmsil olub: sahibinin burnuna qonmuş milçəyi qovmaq üçün ayı pəncəsi ilə kişini əzib (əslində, hindlərdə ayı yox, meymun haqqında təmsil var, ayını Lafonten artırıb, yəni meymunu öz təmsilində ayı ilə əvəz edib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)